Ru
11:43 / 20 Sentyabr 2019

Arvadını balkondan atan direktor barədə faktlar - Məhkəmədən

2686

Arvadını balkondan atmaqla öldürməkdə təqsirli bilinən “Buta Palace”nin art-direktoru 1988-ci il təvəllüdlü Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.



Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə sənədlər tədqiq edilib. Elan olunan ekspertiza rəyinə görə, R.Taxveli hadisəni törədən zaman anlaqlı olub.



R.Taxveli arvadını balkondan atdıqdan sonra uşaqları ilə çarpayıda yatıb. Polis evə gələndə o yuxulu vəziyyətdə olub.



Məhkəmə istintaqının tamamlanması elan edilib. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.



Proses sentyabrın 27-də davam edəcək.



Qeyd edək ki, ötən il dekabrın 9-da Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də yaşayan Ramiz Taxveli həyat yoldaşı Adelya Taxvelini 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin balkonundan atıb.



İttihama görə, R. Taxveli qızının epilepsiya xəstəsi olaraq doğulmasında arvadı Adelyanı daim günahkar bilib və buna görə mütəmadi olaraq mübahisə edib. O, dekabrın 9-u axşam saat 22 radələrində marixuana qəbul edərək arvadı Adelyanı yuxudan oyadaraq döyüb və işgəncə verib. Daha sonra onu saçından tutub sürüyərək otaqları gəzdirib, uşaqların yatdığı otağa apararaq onlarla vidalaşmağa məcbur edib. Həmin vaxt yataqda olan xəstə qızı Aliyanı götürərək yerə çırpıb və belə oyadıb. Bu zaman epilepsiya xəstəsi olan Aliya başından xəsarət alıb. R. Taxveli buna əhəmiyyət verməyib. Adelyanı sürüyərək balkona çıxarıb, orada ayaqlarından tutaraq yuxarı qaldırıb və balkondan aşağı atıb.



Qeyd edək ki, Ramiz Taxveli “Buta Palace”nin art-direktoru olub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər