Ru
11:23 / 07 Oktyabr 2025

Arvadını öldürüb oğlunu yaraladı

Arvadını öldürüb oğlunu yaraladı
Eye

Şəmkirdə baş verən qətlə hadisəsində ərlə arvadı aralamaq istəyən övladları da bıçaq xəsarət alıb.

Bakupost.az bildirir ki, "Unikal"ın məlumatına görə, xəsarət alan 2009-cu il təvəllüdlü A.Hacıyevdir. Onun vəziyyəti ilə bağlı TƏBİB məlumat yayıb.

Bildirilib ki, 06.10.2025-ci il tarixində saat 17:30 radələrində xəsarət alması səbəbilə 2009-cu il təvəllüdlü (kişi) şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Ona sağ əlin 4-cü barmağının və budun arxa səthinin kəsilmiş yarası, sol əlin 4-cü və 5-ci barmağının proksinol nahiyəsinin didilmiş-cırılmış yarası diaqnozu təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü (qadın) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar