Ru
12:07 / 07 Oktyabr 2025

Lamiyənin bıçaqlanması ilə bağlı cinayət işi açıldı

Lamiyənin bıçaqlanması ilə bağlı cinayət işi açıldı
Eye

Oktyabrın 6-da saat 18 radələrində Şirvan şəhər sakini 1986-cı il təvəllüdlü Lamiyə Qanbayevanın bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bakupost.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Aparılmış araşdırma zamanı 1988-ci il Tural Qanbayevin kəsici-deşici alətlə xəsarətlər yetirməklə Lamiyə Qanbayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

T.Qanbayev hadisədən sonra sirkə turşusu içərək özünü öldürməyə cəhd edib, hazırda onun xəstəxanada stasionar müalicəsi davam edir, vəziyyəti ağırdır.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar