Ru
10:33 / 07 Oktyabr 2025

Ukraynada daha bir azərbaycanlı öldürüldü

Ukraynada daha bir azərbaycanlı öldürüldü
Eye

Ukraynanın Donetsk vilayətində azərbaycanlı ata və oğul artilleriya zərbələrinə məruz qalıblar.

Bakupost.az "Report"a istinadla xəbər verir ki, vilayətin Konstantinovka şəhərində gedən artilleriya döyüşləri zamanı, şəhər sakini 1991-ci il təvəllüdlü Əzizov İlqar Vüqar oğlu atəş nəticəsində həlak olub.

Onun atası, 1964-cü il təvəllüdlü Əzizov Vüqar Zabulla oğlu isə ağır yaralanıb.

Mülki şəxslər olan azərbaycanlı ata və oğul Ukrayna vətəndaşlarıdırlar, Konstantinovka sakinidirlər.

Qeyd edək ki, son vaxtlar Konstantinovka şəhərinə hücumları artıran Rusiya Ukrayna ordusunun ciddi müqaviməti ilə üzləşib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar