Məşhur müğənni Cennifer Lopezlə eks-həyat yoldaşı Ben Afflek boşanandan sonra ilk dəfə qırmızı xalçaya birgə çıxıblar.
Bakupost.az axşam.az-a istinadla xəbər verir ki, CeyLo və Ben "Hörümçək qadının öpüşü" filminin təqdimantına qatılıblar.
Onlar nəinki birlikdə pozlar veriblər, hətta səmimi söhbətləri ilə aralarındakı münasibətin yaxşı olduğunu nümayiş etdiriblər.
Qeyd edək ki, Cennifer Lopez dörd dəfə ailə qurub. O, bu ilin yanvarında isə aktyor Ben Afflekdən boşanıb.