Ru
10:28 / 05 Noyabr 2025

Avtomobil qum topasına çırpıldı, sürücü öldü

Avtomobil qum topasına çırpıldı, sürücü öldü
Eye

Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Şərif kənd sakini Yaqub Şəhmir oğlu Yaqubovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qum topasına çırpılıb.

Qəza nəticəsində Y.Yaqubov və avtomobildə olan sərnişin Ramazan Şamil oğlu Qebeyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Sürücü bir neçə saat sonra aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırmalar aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar