Siyasi şərhçi Aydın Tağıyev - AKİAB - Azərbaycan Korporativ İdarəetmə Assosiasiyasının fəxri üzvü seçilib.
Bakupost.az xəbər verir ki, Assosiasiya Azərbaycanda korporativ idarəetmə mədəniyyətinin inkişafına çalışan platformalardan biridir. 400-ə yaxın tərəfdaşı birləşdirən qurum təlimlər, görüşlər, diskussiyalar və maarifləndirici layihələr vasitəsilə biznes mühitində şəffaflıq və peşəkar idarəetmə prinsiplərinin tətbiqinə dəstək verir.
Bu təşəbbüslər innovativ idarəetmə metodlarının yayılmasına, sahibkarlar arasında əməkdaşlığın möhkəmlənməsinə və iş dünyasında etimad mühitinin formalaşmasına xidmət edir.