Azərbaycan Dövlət Kukla Teatrının keçmiş quruluşçu rejissoru Səidə Haqverdiyeva məhkəməyə şikayət edilib.
Bakupost.az xəbər verir ki, həbsdə olan hakim Elsun Əhmədovun qardaşı Əfsun Əhmədov və xanımı aktrisa Nərmin Əhmədova onun barəsində xüsusi ittiham qaydasında şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət ediblər.
Səidə Haqverdiyevanın vəkili Asim Abbasov bildirib ki, hazırda şikayət ərizəsində bir sıra nöqsanlar olduğundan onların aradan qaldırılması üçün məhkəmə prosesləri bir neçə dəfə təxirə salınıb.
Nərmin və Əfsun Əhmədovlar xüsusi ittiham qaydasında şikayətlərində sabiq rejissoru sosial şəbəkədə çıxışları zamanı onların barəsində səsləndirdiyi böhtan xarakterli məlumatlar yaymaq, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqda günahlandıraraq Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148 (təhqir) maddələri ilə mühakimə olunmasını istəyiblər.
Qeyd edək ki, şikayət Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədovun icraatına verilib.