Ru
16:36 / 17 Fevral 2026

DP təqaüdçülərimiz Kembric Universiteti Azərbaycan Cəmiyyətinin əsasını qoyublar

DP təqaüdçülərimiz Kembric Universiteti Azərbaycan Cəmiyyətinin əsasını qoyublar
Eye

Kembric Universiteti Azərbaycan Cəmiyyəti (CUAS) artıq rəsmi fəaliyyətə başlayıb və bu mühüm təşəbbüsün arxasında Dövlət Proqramı təqaüdçülərinin əməyi dayanır.


Bakupost.az xəbər verir ki, dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Kembric Universiteti daxilində azərbaycanlı tələbələri bir araya gətirən bu platforma ölkəmizin mədəniyyətini, tarixini və milli maraqlarını beynəlxalq mühitdə layiqincə təmsil etməyi hədəfləyir.

Prezidenti universitetin doktorantura tələbəsi Turan Abbaszadə, vitse-prezidenti isə magistrant Samin Hüseynov olan cəmiyyətdə təqaüdçülərimiz geniş şəkildə təmsil olunurlar – onların sırasında Ülkər Fərzəliyeva, Cavid Seyfulalı, Zöhrə Əhmədova, Murad Alməmmədov və Camal İsmayılov da yer alır.

DP təqaüdçülərimiz yalnız fərdi akademik uğurlarla kifayətlənmir, eyni zamanda ölkəmizi qlobal arenada təmsil edən dəyərli təşəbbüslərə imza atırlar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar