Ru
15:02 / 17 Fevral 2026

Sosial şəbəkədə saxta kredit elanları verdi, saxlanıldı - VİDEO

Sosial şəbəkədə saxta kredit elanları verdi, saxlanıldı - VİDEO
Eye

Sosial şəbəkələrdə bir neçə bank olmayan kredit təşkilatının rəsmi səhifələrinin oxşarını yaradaraq, saxta elanlar yerləşdirib aşağı faizli kreditlər təklif edən 22 yaşlı Hacızeynal Hacıyev Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu üsulla onun çoxsaylı vətəndaşları aldadaraq külli miqdarda pul vəsaitini taladığı məlum olub:

"Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkənlər H.Hacıyevin yaratdığı səhifələrdəki elanlara inanaraq şəxsi və bank kartı məlumatlarını, eləcə də sənədləşmə adı altında müxtəlif məbləğlərdə maddi vəsaitləri qarşı tərəfə göndəriblər. Saxlanılan şəxs pulu ələ keçirdikdən sonra məsuliyyətdən yayınmaq üçün həmin hesabları bloklayıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, internet resurslarındakı "onlayn qazanc", "asan gəlir", "sərfəli kredit" və bu kimi adlarla paylaşılan elanlara qarşı diqqətli olsunlar. Bunun üçün şübhəli şəxslərə, səhifələrə və linklərə daxil olaraq kart məlumatları göndərilməməli, belə hallarla rastlaşdıqda isə dərhal polisə məlumat verilməlidir".



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar