Ru
13:57 / 13 Aprel 2026

“Ayıq sürücü”lər vətəndaşları necə “tələyə salır?” – Ayıq olun – ŞİKAYƏT

“Ayıq sürücü”lər vətəndaşları necə “tələyə salır?” – Ayıq olun  – ŞİKAYƏT
Eye

Son illər “Bolt” platforması vasitəsilə sifariş edilən “ayıq sürücü” xidməti ilə bağlı ciddi iddialar səsləndirilir. Vətəndaşlar bildirirlər ki, bəzi sürücülər Yol Patrul Xidmətinin (YPX) əməkdaşlarına məlumat ötürərək müştərilərin cərimələnməsinə şərait yaradır.
Belə ki, iddialara görə, sürücülər ünvana yaxınlaşarkən avtomobili dayandırır və müxtəlif bəhanələrlə müştəridən sükan arxasına keçməyi xahiş edirlər. Qısa müddət sonra isə həmin ərazidə YPX əməkdaşları ortaya çıxır.


Bakupost.az xəbər verir ki, sosial şəbəkədə yayılan belə şikayətlərdən birini də Fuad Hacıyev paylaşıb. O bildirib ki, dostu Faiq Əliyev də oxşar halla qarşılaşıb. Onun sözlərinə görə, hadisə planlı şəkildə baş verib.


“Dünən dostum Faiq Əliyev “Bolt”dan ayıq sürücü çağırır. Sürücü gəlir, aparır. Ünvana 200-300 metr qalmış deyir ki, “ayağımda mil var, mən burda düşüm, siz davam edin. Sonra qayıtmaq mənə çətin olacaq.
İnsanlıq edib, razılaşır. Maşını tərpədib sola dönən kimi məhəllədə YPX artıq hazır vəziyyətdə saxlayır. Bu artıq təsadüf deyil. Bu bildiyin oyun qurmaqdır. Torba tikməkdir.

Sən ayıq sürücü çağırırsan ki, problem yaşamayasan. Amma səni yarı yolda düşürür, sonra da “təsadüfən” qarşına polis çıxır. Problem yaşadır.

Kim kimi aldadır?

Statusu yazmaqda məqsəd cərimə deyil. İçkili sürüb, lap 1 metr də olsa cəriməsini alıb. Məsələ sizlərin diqqətli olmanızdır. Səriştəsiz şirkətdən nəinki ayıq sürücü, heç taksi də çağırmağa dəyməz. Yəni məsələ sistemin özündə problemin olmasıdır. Özünüzə hörmət edin. Belə oyunların içində olan platformalardan uzaq durun” - deyə, o qeyd edib.

Lalə, BakuPost

Şərhlər
  • Osman Ağayev

    Şirkət problem yaratmır e Ayıq sürücü polis rüşvət alanda onun payın verir də ona görə çoxu nəslin nəfsinə satır. Beləsinin soyundurub camaat içində ip salıb sürüyəsən

  • Rüstəm Nəcəfzadə

    Bu post sosial şəbəkələrdən birində qarşıma çıxmışdı, irda da yazdım, burda da cavab yazıram. Əziz Faiq bəy vəya dostu Fuad. Bir sürücü sizə belə edibsə, o demək deyilki Bolt-un bütün ayıq sürücüləri elədir. İfadəmə görə üzr istəyirəm, sizin belə məqalə yaymağınızla elə oğraşlara görə biz çörəyimizdən oluruq axı. Bundan sonra israrla ayıq sürücünü qapıya qədər sürdürün, vəssalam.

  • Nizami

    Məndə belə hadiselere yaxşı baxmıram ama onuda deyə bilərəm ki kim ne edir özüne edir.. nəyinki 200-300metr 1 metr bele qapıda saxlatsin avtomobili və her kes öz işinə baxsın.. Mende sifariş vermişdim yağış olduğu üçün dedim məhləyə girme sen burdan get. Sora polis saxladı geride məlum məsələ avtomobil dayanacağa özümdə məsuliyyətə cəlb edildim. Sonra anladım ki özüm özümə tələyə atdım gönderməzdim belə olmazdı. Yəniiki tələb etmək lazım idi qapıda düşür hara isteyirsen get

  • Serxan

    Elesine serefsizlik deyilir kisiliye sigan bir sey dryil ay serefsiz deki mene 10 manat artiq pul ver guya veresi deyilki

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar