İranın nüvə obyektlərinə hücuma 15 il hazırlıq gedirdi.
Bakupost.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn bildirib.
Onun sözlərinə görə, ABŞ GBU-57 bunker bombasını İranın nüvə obyektlərini məhv etmək üçün xüsusi olaraq hazırlayıb:
“Adi bombalardan fərqli olaraq, siz zərbədən sonra krater görməyəcəksiniz, çünki onlar yerin dərinliyinə girmək və sonra partlamaq üçün nəzərdə tutulub”.
Keyn daha sonra GBU-57 bunker bombalarının necə işlədiyini göstərən görüntüləri təqdim edib.