Ru
12:39 / 03 Noyabr 2023

ABŞ-ln Hərbi Dəniz Qüvvələrinə qadın başçılıq edəcək - İlk dəfə

ABŞ-ln Hərbi Dəniz Qüvvələrinə qadın başçılıq edəcək - İlk dəfə
Eye

ABŞ Senatı ölkə tarixində ilk dəfə olaraq Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə qadını - admiral Liza Françettini təyin edib.

Bakupost.az xəbər verir ki, bu barədə Reuters bildirib.

Qeyd edilir ki, o, həm də ABŞ-da Qərargah Rəislərimim Birləşmiş Komitəsinə daxil olan ilk qadın olub.

General Devid Elvin isə ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi təyin edilib. Hər iki hərbçinin namizədliyini 95 senator dəstəkləyib, 1-i əleyhinə çıxıb.

İyulun 21-də ABŞ prezidenti Co Bayden ABŞ Hərbi Dəniz Qüvvələrində dördulduzlu admiral rütbəsinə yüksələn ikinci qadın olduğu üçün Françettinin namizədliyini sözügedən posta irəli sürüb.

Zaur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar