Ru
14:33 / 27 Oktyabr 2023

ABŞ Yaxın Şərqə nə qədər əsgər göndərib?

ABŞ Yaxın Şərqə nə qədər əsgər göndərib?
Eye

Birləşmiş Ştatlar Yaxın Şərqə, əsasən, hava və raket hücumundan müdafiə operatorlarından ibarət olan 900-ə yaxın əsgər göndərəcək.



Bakupost.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi, briqada generalı Patrik Rayder jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.


“Mən təsdiq edə bilərəm ki, bizim Yaxın Şərqdəki vəziyyətlə bağlı ilkin açıqlamamızdan bəri təxminən 900 əlavə əsgər ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına yerləşdirilib və ya hazırda yerləşdirilir”, - o deyib.

Rayder deyib ki, onlar əsasən hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinin operatorlarıdır.


Pentaqonun sözçüsü əlavə edib ki, hərbçilər İsrailə getməyəcək.

O, həmin qoşunların dəqiq harada yerləşdiriləcəyini söyləməkdən imtina etdi.

Zaur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar