Ru
05:47 / 23 Aprel 2026

Anar Bayramov bütün direktorları işdən çıxaracaq - Əslində, TƏBİB-də nə baş verir…

Anar Bayramov bütün direktorları işdən çıxaracaq - Əslində, TƏBİB-də nə baş verir…
Eye

TƏBİB-in yeni rəhbəri Anar Bayramov qurumun tabeliyində Bakıda yerləşən bütün xəstəxana direktorlarının ərizəsini alıb.

Bakupost.az xəbər verir ki, növbəti mərhələdə Bakı Şəhər Baş Səhiyyə İdarəsinə tabe olan poliklinikaların baş həkimlərinin, eləcə də regionlardakı xəstəxana direktorlarının da ərizəsinin alınacağı gözlənilir.

Ərizəsi alınan rəhbərlərin heç də hamısı ilə sağollaşılmır. Bəzilərinə başqa vəzifə, yaxud digər tibb müəssisələrində rəhbər postlar təklif olunur. Bu isə onu göstərir ki, Anar Bayramov vəzifəyə yeni təyin olunsa da, vəziyyəti kifayət qədər araşdırıb və özü üçün kimlə işləməyin mümkün olduğunu müəyyənləşdirib.

İşləyə biləcəyi şəxslərə yeni imkan verilir, işləmək istəmədiyi şəxslərlə isə yollar birdəfəlik ayrılır. Amma bütün hallarda heç kim köhnə yerində saxlanılmır.

Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı?

Xəstəxana direktorlarının ard-arda, kütləvi şəkildə işdən çıxarılması xəbərləri ciddi müzakirələrə səbəb olub.

Çünki vəzifədən uzaqlaşdırılanlar arasında peşəkar, savadlı, illərlə bu sahədə çalışan, adamlar arasında müsbət imici formalaşmış adamlar da var.

Amma məsələyə yalnız adlar üzərindən baxmaq düzgün deyil: burada söhbət təkcə kadr dəyişikliyindən getmir, böyük pulların həzm-rabedən keçirildiyi bir mexanizmin sökülməsindən gedir.
İcbari tibbi sığortaya yığılan vəsaiti “udmuş” şəbəkənin addım-addım dağıdılmasından gedir…

Səhiyyə tam düzələcəkmi? Sistem şəffaf olacaqmı? Xəstə də, həkim də razı qalacaqmı? Bunu zaman göstərəcək.

Amma bir məsələ dəqiqdir ki, sığorta pulları əvvəlki kimi bir neçə qrupun cibinə axmayacaq. Bahalı təyinarlar, xəstə alveri, aparat sövdələşmələri, analiz oyunları və müxtəlif “yaradıcı sxemlər” əvvəlki rahatlıqla işləməyəcək…

Azər
Baku Post

Şərhlər
  • Kifayət

    Ölmə eşşəyin yonca bitincə, saralma yonca torba tikincə.

  • Huseyn qeribov

    Salam cox xais edirem mingecevir xestexanasin derektorunda isden cixarasiniz hec isleye bilmir

  • Demos

    Bu insan olan yerdə, həmişə ədalətli olub

  • Həqiqət

    Özbaşnalıq, qudurğanlıq.

  • Əsədova Günel

    Allah razı olsun çox gözəl afdım atılıb bəlkə bizədə bir qapı açılar hər yerdə öz başınalıqdı Mingeçevir şəhər dövlət xəsdəxanasınıda yoxlayın neçə aylardı müraciət etirəm yoldaşım ağır ürək xəsdəliyindən əziyyət çəkir 2 qız övladım var təbibə də yazmışam xəsdəxanada xadimə işi isdəyirəm mənə məktubda yazılır ki xadimə işi xəsdəxəbaxıcı işinə xəsdəxananın drektoru götürür amma məni hər dəfəsində yer yoxdu deyə yola verirlər araşdırınhara gedim məndə isdəyirəm balalarımı oxudam təsili olsun amma pis vəziyyətdəyəm hara gedək kimin üstünə gedek bizə də iş versinlər bir Azərbaycan vətəndaşı kimi çarəsiz ana kimi sizə yalvarıram yoxlayın bizim kimi pulu olmayıb işə alınmayan insanlara kömək edin bəlkədə imkanım olsaydı çoxdan götürərdilər.

  • .Nizami Aliev

    Здравоохранению Азербайджана давно требовалось чистка( тряска) . А , дальше время покажет, стоило ли игра свеч.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar