Eçmiədzində vəziyyət yenidən gərginləşib. İnsanlar girişi bağlayıblar. Kafedralın həyətində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə din xadimləri arasında əlbəyaxa dava gedir.
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Hazırda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTN) xüsusi təyinatlıları arxiyepiskop Mikayel Ajapaxyanı aparmaq üçün Eçmiədzin kafedralındadırlar.
Bir müddət əvvəl Ajapaxyan bütün ermənilərin katolikosu II Qareginlə birlikdə hüquq mühafizə orqanlarının müşayiəti ilə kafedraldan çıxıb. II Qaregin Ajapaxyanla birlikdə gedəcəyini bəyan edib.
Etirazçılar saxlanılan Mikayel Ajapaxyanın aparılmasına mane olmağa çalışırlar.