Ru
12:43 / 27 İyun 2025

Ermənistanda xüsusi təyinatlılar kilsə başçısının iqamətgahına daxil olub - VİDEO

Ermənistanda xüsusi təyinatlılar kilsə başçısının iqamətgahına daxil olub - VİDEO
Eye

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin maskalı xüsusi təyinatlıları Bütün ermənilərin katolikosu II Qareginin Eçmiədzindəki iqamətgahının ərazisinə daxil olublar.


Bakupost.az xəbər verir ki, hadisə zamanı jurnalistlər ərazidən uzaqlaşdırılıb.

Məlumata görə, katolikos II Qaregin yaranan gərginliyin böyüməsinin qarşısını almaq üçün şəxsən təhlükəsizlik qüvvələrinin qarşısına çıxıb və ruhanilərlə toqquşmaya imkan verməyib.

Hazırda kilsə rəhbərliyi ilə hüquq-mühafizə orqanları arasında danışıqlar aparılır.

Hadisədən əvvəl Eçmiədzin şəhərinin polis rəisi də kilsəyə gəlib.

Bildirilir ki, səhər saatlarında 30-a yaxın maskalı şəxs Şirak Yeparxiyasının inzibati binasına daxil olub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar