Lənkəranda avtomobilin vurduğu piyada ölüb.
Bakupost.az xəbər verir ki, hadisə rayonun Lənkəran-Masallı-Boradigah magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili, avtobusdan düşüb yolu keçmək istəyən kənd sakini 57 yaşlı Ruhəngiz Babayevanı vurub. Hadisə yerinə çağrılan təcili tibbi yardım xidməti ağır xəsarət alan qadını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmağa çalışsa da, həkimə qədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.