Ru
10:46 / 04 İyun 2022

Azərbaycanda iş adamı maşına sümük qoyub yandırdı, özünü ölmüş kimi qələmə verdi

Azərbaycanda iş adamı maşına sümük qoyub yandırdı, özünü ölmüş kimi qələmə verdi
Eye

Daxili İşlər Nazirliyi Sabirabad rayonunun Ətcələr kəndi ərazisində rayonun Sarvan kənd sakini Rafət Qəniyevin avtomobildə yanaraq ölməsi barədə məlumatın saxta olduğunu müəyyənləşdirib.


Bu barədə Bakupost.az -a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2021-ci il noyabrın 25-də Sabirabad rayonunun Ətcələr kəndi ərazisində Sarvan kənd sakini Rafət Qəniyevə məxsus KİA markalı avtomobilinin yanması və onun tam yanmış meyitinin tapılması ilə əlaqədar həyata keçirilən əməliyyat və istintaq tədbirləri ilə R.Qəniyevin direktoru olduğu Kaspian İnşaat MB MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparıldığından avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırması və özünü ölmüş kimi qələmə verməsi müəyyən olunub.

R.Qəniyev paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar