Ru
10:18 / 02 İyul 2026

Azərbaycan Aİ üçün niyə vacibdir? - 2 milyard avroluq investisiya planı

Azərbaycan Aİ üçün niyə vacibdir? - 2 milyard avroluq investisiya planı
Eye

"Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşü Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələnin formalaşdığını göstərən mühüm siyasi və iqtisadi hadisədir".

"Bakupost" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, səfər zamanı açıqlanan ən mühüm qərarlardan biri Avropa İttifaqının Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantı layihələri üçün 200 milyon avroya qədər qrant ayırmaq niyyətidir:

"Bu vəsait hesabına 2 milyard avroya qədər dövlət və özəl investisiyanın cəlb olunması nəzərdə tutulur. Bakı limanının inkişafı, regional dəmir yolu layihələri və rəqəmsal bağlantı təşəbbüsləri bu yanaşmanın əsas istiqamətlərindəndir.

Azərbaycanın Avropa üçün əhəmiyyəti son illərdə əhəmiyyətli dərəcədə artıb. Bunun əsas səbəblərindən biri 40 milyard dollardan artıq investisiya hesabına reallaşdırılmış Cənub Qaz Dəhlizidir. Bu gün Azərbaycan qazı Avropa İttifaqının 10 üzv dövlətinə nəql olunur və ixrac coğrafiyasının daha da genişlənməsi üçün imkanlar mövcuddur.

Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Avropanın enerji təhlükəsizliyi gündəliyi tamamilə dəyişdi. Məhz həmin dövrdə Azərbaycanın qaz tədarükünün artırılması ilə bağlı 10 Avropa ölksindən müraciətlər daxil olmuşdu. Bu, Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi formalaşdırdığı nüfuzun praktik nəticəsi idi.

Düzdür, Azərbaycan Avropanın ümumi qaz tələbatının böyük hissəsini təmin edən ölkə deyil. Amma Azərbaycanın qaz ixrac etdiyi dövlətlərin əksəriyyəti uzun illər enerji baxımından Rusiyadan asılı ölkələrdir. Məhz buna görə Azərbaycan qazının həmin bazarlara çıxışı Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.
Həmçinin, enerji əməkdaşlığının istiqamətləri də genişlənir. Əsas diqqət Azərbaycanın bərpa olunan enerji potensialının Avropa bazarına inteqrasiyasına yönəlir".

İqtisadçı vurğulayıb ki, bu proseslər Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da artırır:

"Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşməsi ölkəni Avropa ilə Mərkəzi Asya arasında strateji bağlantı mərkəzinə çevirir. Hazırda Qazaxıstan neftinin bir hissəsi Bakı-Tbilisi-Ceyhan bru kəməri vasitəsilə dünya bazarlarına ixrac olunur. Gələcəkdə isə Transxəzər marşrutunun daha da inkişafı Mərkəzi Asiya ölkələrinin enerji resurslarının və yük axınlarının Avropa bazarlarına daha geniş həcmdə çıxarılması üçün əlavə imkanlar yaradacaq.

Beləliklə, Bakıda keçirilən bu görüş göstərir ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı enerji ilə məhdudlaşmır. Ticarət, investisiya, logistika, rəqəmsal bağlantı, yaşıl enerji və regional sabitlik istiqamətləri qarşıdakı illərdə tərəfdaşlığın əsas istiqamətlərini müəyyənləşdirəcək. Və bu uzun müddətli hədəflər üçün çox önəmlidir".

Lalə,
BakuPost

Şərhlər
  • Elmir Həsənli

    Avropa dövlət-cəmiyyətləri, artıq özünü ləğv etmiş Sovet Sosialist Respublikaları İttifaqı ilə sosial-iqtisadi bərabər hüquqlu vətəndaşlar cümuhürriyyəti uğrundaakı siyasi mübarizədə elə ilkin 28 may 1918cil ilkin Azərbaycan (Xalq-demokratuk cümuhuru) DRndan da yüksək demokrat-hüquqi dəyərlərə nail olub! Təəssüf ki, tarixən Azərbaycanımız daha çox siyasi-hüquqi deformasiyaya uğramaqla müstəqil çıxılmaz dövründə ərazi-iqtisadi faciə-məhrumiyyət itgilərinə məruz qalıb? a)İlkin ADRnın ərazisi təkrarən 1992ci ildən iddia və bərpa edilməliydi? b)Elə 40 milyardllıq layihələrin qaz təchizatı Azərbaycandan, bəs elə həmin 40 milyardı kimlər ödəməli, ya ödəyəcək? c)Ərazisinin daha 17 min kv km i də təkrar müstəqillik dövründə də hərbi işğalda saxlanıb? d)Elə 1992ci ildən BMT və Avropa zonasına daxil Azərbaycanımızım işğal edilmiş 27,3 min kv km, sonrakı 17 min kv km ərazilərinə, 40 milyardlıq təchizat kəmərlərinin təzminatlarını kimlər iddia etməli, kimlər ödəməlidirlər?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar