Ru
23:40 / 08 İyul 2026

Samuxda dəhşətli qəza: Üç nəfər öldü

Samuxda dəhşətli qəza: Üç nəfər öldü
Eye

Samuxda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


"Bakupost" APA-ya istinadla xəbər verir ki, VAZ-2107 və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü S.Əhmədov, 1987-ci il təvəllüdlü F.Əhmədova və 1962-ci il təvəllüdlü A.Alıyeva hadisə yerində həyatlarını itiriblər.

Qəza zamanı daha iki nəfər ağır xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunublar. Xilasedicilər deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalan 3 nəfərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Eyni zamanda, avtomobildə sıxılmış vəziyyətdə qalan bir nəfər yaralı da xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə yerinə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar