Ru
12:48 / 13 Oktyabr 2025

Azərbaycanda sürücülük vəsiqəsi ilə bağlı YENİLİK

Azərbaycanda sürücülük vəsiqəsi ilə bağlı YENİLİK
Eye

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması nəzərdə tutulur.

Bakupost.az axar.az-a istinadla xəbər verir ki, bu, "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

İclasda bildirilib ki, qanun layihəsinin əsas məqsədi moped nəqliyyat vasitələrinin istismarına dair tənzimləmələrin təkmilləşdirilməsi, sürücülərin bilik və bacarıqlarının artırılması və ümumilikdə yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsidir. Belə ki, sənəddə təklif edilən mühüm dəyişikliklərdən biri moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınmasının tələb olunmasıdır. Bu dəyişiklik sürücülərin müəyyən bilik və bacarıqlara malik olmalarını təmin edəcək və nəticə etibarilə yol hərəkəti təhlükəsizliyini artıracaq.

Digər edilən təkliflərə görə moped nəqliyyat vasitəsinin anlayışı daha dəqiq müəyyən edilməsi, mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürülməsi nəzərdə tutulur. Həmçinin qanun layihəsində mopedlər üçün əvvəllər mövcud olan yalnız yolun sağ kənar zolağı ilə hərəkət etmək tələbinin aradan qaldırılması nəzərdə tutulur. Bundan başqa, sözügedən qanun layihəsində motosikletin və mopedin uzunlu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan edilir.

Şərhlər
  • Nadir Qasımzadə

    Mənim başa düşdüyümə görə pravalar dəyişəcəkdir?

  • NKZ

    Mence prava 16 yasdan olmalidir

  • Baxışov əliməmməd ağa Həsən

    Bəyənilsin

  • Tərlan Məmmədov

    Zatən A kateqoriyası var. Və moped və motosikl üçün nəzərdə tutulan kateqoriyadır

  • Xelilov Tehmin

    Men azerbaycan vetandasi gurcusdanda yasiyiram pravanin vaxdi bitib burda deyise bileremmi

  • İsmayıl Musayev

    Sürücülük vəsiqəsi neçə yaşda verilir

  • Hüseyn Bağırov

    Neçe yaşdan veriləcek

  • İlkin kazımlı

    Belə qanunlar sərt qaydalar di məncə mopede sürücülük vəsiqəsi lazım deyil sizə qalsa velosiped di də sürücülük vəsiqəsi ilə edeceksiz

  • Məmmən məmmədov

    Yol hərəkətini bilməyəcəklər sadəcə pul verim sənət alıb. Plan dolduracaqlara bizdə 90 faiz serücü sənətin pulla alıb buda hamıya aşşkardı

  • Elbariz

    Da 17 yaşlı uşaqlar moto surmuyecek?

  • Eltun Babayev

    Əla

  • Nazarİsrəfilov

    717913

  • Əhmədov Rizvan

    Bəstirin bu camahatın qanını içdiniz imkan verin bu kasıblar çörək pulunu qazansın

  • ...

    Qoymazlar cavanlar iki manat pul qazansin

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar