Ru
13:48 / 14 May 2026

Azərbaycanın paytaxtı dəyişdiriləcək? - Şuşa və Qəbələ deyil, bu şəhər ola bilər...

Azərbaycanın paytaxtı dəyişdiriləcək? - Şuşa və Qəbələ deyil, bu şəhər ola bilər...
Eye

Dünyanın müxtəlif ölkələrində siyasi, iqtisadi və strateji səbəblərlə paytaxtların dəyişdirilməsi halları yaşanıb. Son illər Azərbaycanda da zaman-zaman paytaxtın Bakıdan başqa şəhərə köçürülməsi ilə bağlı fikirlər səslənir.

Bəs gələcəkdə Azərbaycanın paytaxtının Lənkərana köçürülməsi real ssenari hesab oluna bilərmi?

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı Azərbaycanda paytaxtın dəyişdirilməsi məsələsi əvvəllər də müzakirə olunduğunu bildirib.

“Bakının paytaxt kimi köçürülməsi məsələsi dönəm-dönəm gündəmə gəlir. Amma adətən Yevlax nəzərdə tutulurdu. Son vaxtlar isə Ağdam variantı müzakirə edilirdi. Lakin indiyə qədər Lənkəranın paytaxt kimi təklif olunduğunu görməmişik”.

Onun sözlərinə görə, dünyada paytaxtların dəyişdirilməsi müxtəlif səbəblərlə bağlı olur:

“Adətən şəhərlərdə sıxlıq yaranır, funksionallıq zəifləyir. Təhlükəsizlik, demoqrafik və idarəetmə məsələləri də paytaxtın dəyişdirilməsinə təsir edən əsas amillərdir.

Əgər məqsəd digər şəhərlərin inkişafına nail olmaqdırsa, bunu paytaxtı dəyişmədən də etmək mümkündür. Paytaxtın köçürülməsi kifayət qədər zəhmətli, xərcli və problemli prosesdir. Bu, o qədər də sadə məsələ deyil”.

Azərbaycanın müxtəlif bölgələrində iri inkişaf mərkəzləri formalaşdırmaq daha məqsədəuyğun yanaşma olacaq. Cənub, şimal, qərb bölgələri, Şirvan və Qarabağda ayrı-ayrı şəhərlərin Bakı ilə müqayisə olunan səviyyədə inkişaf etdirilməsi üçün xüsusi dövlət proqramları hazırlanıb həyata keçirilə bilər”.

Şərhlər
  • Huseyin kerimov

    Məncə lənkaran olmalıdı razıyam

  • Xasıyev Ənvər

    Paytaxtı dəyismək lazim deyil, universitet ve texnikumlarin 80 faizi bakidan cixmalidir. Paytaxt deyisilsə belə bu ancaq Gəncə ola biler, here aglina geleni danisir, o adi kecen rayon ve şeherlerin hec biri paytaxt ola bilməz

  • Elnur Aliev

    Paytaxtın dəyişməsi milyardlarla xərc, uzun illər adaptasiya və böyük infrastruktur yenilənməsi tələb edir. Əsas məsələ paytaxtı köçürməkdən çox, regionların inkişafını balanslı şəkildə gücləndirməkdir.

  • Kurdoqlu Muradov

    Wirvan weheri ve etrafi cox munasibdir ,olkenin butun neqliyyat qovwaqi burda kesiwir ve her bir istiqametde hereket ucun tam merkezdir hemde Kur cayinin sahilindedir ve senaye weheridir

  • Məcid qasımov

    Masallı yada lənkaran

  • Cahangir sayadov

    En gozeli Gəncədir

  • Məhəmməd

    Ağstafa gözəl yerdi ve medeni mence Ağstafa olada biler hem qafqaz bolgesidi

  • Almina

    GƏNCƏ.OLACAQ.ƏVVƏLKİ KİMİ

  • Mingəçevirli

    Allah Eləsinki Ölkəmizin Paytaxti Təbriz Şəhəri Olsun Dədə Baba Dövründə Necə İdisə Elədə Olacaqda Allahin İzni İlə

  • Seymur

    Paytaxt ölkənin mərkəzində yerləşməlidir həmdə gərək aran ola, dağlıq ərazi yaramır.

  • End fso

    Köçüb Getsin hara lazımdısa ama əhalidə getsin

  • Elxan Əliyev

    Paytaxtı yox artıq insanları köçürmək lazımdı.

  • Z

    M

  • Anar Allahverdiyev

    En gozel.Mingecevir olmagi daha meksede uygundur merkezlesdrlms sidem

  • ASFO-81

    Paytaxt üçün ən gözəl yer Xaşmazdır.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar