Ru
11:49 / 29 May 2025

Bağçada uşağın başını yaran müəllim barədə qərar verildi - VİDEO

Bağçada uşağın başını yaran müəllim barədə qərar verildi - VİDEO
Eye

Xəbər verdiyimiz kimi, Lənkərandakı "Kaspi Kids" bağçasında müəllimin uşağa şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb. Görüntülərdən müəllimin uşağın başına vurduğu aydın olunur. Qeyd edilir ki, zərbə nəticəsində uşağın başı yarılıb.

Bakupost.az xəbər verir ki, hadisəni törədən müəllim işdən çıxarılıb.

Onunla bağlanan əmək müqaviləsinə xitam verildiyi bildirilir.

Məsələ ilə bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, "Kaspi Kids" uşaq bağçası "Kaspi" Təhsil Şirkətinin məktəbə hazırlıq bölməsidir və 2011-ci ildən fəaliyyətə göstərir. "Kaspi" Təhsil Şirkəti Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun ailə üzvlərinə məxsusdur.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar