Ru
10:12 / 18 Aprel 2022

Bakıda Hüseynlə görüşdə yaşananlar... - VİDEO

6344

Dünən Park Bulvarda məşhur azərbaycanlı bloger Hüseyn Həsənovla görüş keçirilib.


Bakupost.az xəbər verir ki, görüşdə izdiham yaşanıb.


Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.


Görüntülərdə blogeri görmək istəyənlərin çoxluğu, karantin qaydalarının pozulması, heçə sayılması diqqətdən yayınmayıb.


Səhnədə olan şəxslərin bloger üçün ora toplaşan fanatları qayışla vurması, gənclərin bir-biri ilə dava etməsi, təzyiq göstərməsi kimi görüntülər də insanlar tərəfindən tənqid edilib.


Bloger Hüseyn də həmin görüntülərə münasibət bildirib.


O, “Instagram” hesabında paylaşım edib və qayışla insanları vuran şəxsin onun mühafizəçilərindən olmadığını deyib.
Daha sonra həmin şəxslə görüşdüyünü bildirən bloger, deyib:


“O insanlara yox, divara vururdu. Divara vururdu ki, insanlar əlin çəksin. Çünki orada bir qız huşunu itirmişdi, onu çıxarmağa çalışırdı. Videoda insanları vurduğu görünə bilər. Amma bu, onun nəyinə lazımdır?”.

Hüseyn həmin şəxsin fotosunu da paylaşıb.



Şərhlər
  • Bəhram

    Anlamadım, hər hansı GÖRÜŞ niyə geniş zalda, daha böyük və boş məkanda nəzərdə tutulmayıb? Bir də görüşdən öncə xəbərdar, dəvət edilmişlərin təqribi də olsa sayı öncədən öyrənilməli deyilmi?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər