Ru
14:07 / 19 Fevral 2026

Bakıda vəzifəli şəxs həbs olundu - Qızıl qaçaqmalçılığına qarşı daha bir ƏMƏLİYYAT

Bakıda vəzifəli şəxs həbs olundu - Qızıl qaçaqmalçılığına qarşı daha bir ƏMƏLİYYAT
Eye

Qızıl qaçaqmalçılığı şəbəkəsinə rəhbərlik edən şəxslərdən biri gömrük əməkdaşı həbs edilib.

Bakupost.az xəbər verir ki, hüquq-mühafizə orqanları tərəfindən qızıl qaçaqmalçılığı ilə bağlı başlanmış cinayət işi üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əməkdaşının qanunsuz əməlləri ifşa olunub.

İstintaq zamanı müəyyən edilib ki, ölkəyə qızılın qanunsuz yollarla gətirilməsi və gömrük nəzarətindən kənar keçirilməsində əsas yardımçılardan biri Xidmətin Vergi Cinayətləri Baş İdarəsinin əməkdaşı Fuad Abdullayev olub.

Toplanmış sübutlar əsasında onun barəsində dünən məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, Fuad Abdullayev bundan əvvəl Gömrük Komitəsinin Hava Nəqliyyatı Baş Gömrük İdarəsində çalışıb. İstintaq versiyasına əsasən, qaçaqmalçılıq fəaliyyətinə də məhz həmin dövrdən etibarən başlanılıb.

Qeyd edək ki, analoji hadisə bir neçə ay əvvəl də qeydə alınmışdı. Həmin vaxt da gömrük orqanlarında çalışan əməkdaşların qızıl qaçaqmalçılığı ilə bağlı məsuliyyətə cəlb edilməsi ictimai rezonans doğurmuşdu.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir, şəbəkənin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Azər, Baku Post

Şərhlər
  • .Nizami Aliev

    Деjесен, бу hебс олунанлар "сунии зека"нын меhcулунун нетичесидир. Белке беле усулла шуурсуз унсурлерден Республика азад олсун.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar