Ru
17:02 / 01 Mart 2026

Bakıdan uçan təyyarə təcili eniş etdi: Küçədə silahlı adamlar...

Bakıdan uçan təyyarə təcili eniş etdi: Küçədə silahlı adamlar...
Eye

Bakıdan Şarjaya uçan Birləşmiş Ərəb Əmirliklərinin "Air Arabia" aviaşirkətinə məxsus təyyarə Pakistanın Karaçi şəhərinə təcili eniş edib.


Bunu Bakupost.az-a politoloq Turab Rzayev bildirib.


Politoloq deyib ki, məlumatı 2 azyaşlı övladı ilə Karaçiyə eniş edən Mənsur adlı sərnişindən alıb.


Məlumata görə, təcili enişə səbəb İran-İsrail arasındakı şiddətli qarşıdurma ilə əlaqədar hava sahəsinin təhlükəli vəziyyəti olub:


"Uşaqlı, qocalı 50 nəfər qalıb Karaçi küçələrində...Karaçidə silahlı adamlar gəzir. Sərnişinlər isə bir təhlükədən yayınıb, başqa bir təhlükəli vəziyyətin ortasına düşüblər. Üstəlik, yerləşdirildikləri otel də qənaətbəxş deyil",- o əlavə edib.


Asena,

BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar