Ru
17:09 / 12 Yanvar 2022

Bayraqla maşınını təmizləyən 72 yaşlı sürücü üzr istədi

Bayraqla maşınını təmizləyən 72 yaşlı sürücü üzr istədi
Eye

"Bu gün sosial şəbəkələrdə yaşlı bir kişinin bayraqla avtomobil təmizləməsinin videosu yayılmışdı".

Bakupost.az -ın məlumatına görə, DİN Mətbuat Xidmətinin inspektoru Zeyni Hüseynov bildirib ki, polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat texniki tədbirlərlə həmin şəxsin Sumqayıt şəhər sakini 72 yaşlı Soltan Mehdiyev olması müəyyən edilmişdir.

Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunan S.Mehdiyev izahatında taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. O qeyd edib ki, avtomobilində təmizlik üçün bir neçə parça olub, lakin həmin vaxt səhv salaraq həmin parçalardan deyil, bayraqdan istifadə edib.

S.Mehdiyev etdiyi bu hərəkəti qınayan hər bir kəsdən üzr istəyib və peşiman olduğunu bildirib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar