Ru
21:54 / 25 Sentyabr 2024

Toy yasa döndü: Bəyin bacısı və daha 4 nəfər öldü - VİDEO

Toy yasa döndü: Bəyin bacısı və daha 4 nəfər öldü - VİDEO
Eye

Sentyabrın 24-də Ağcəbədidən Cəlilabadın Göytəpə qəsəbəsinə gəlin gətirən toy karvanında olan VAZ -2110 markalı avtomobillə yük maşınının toqquşması nəticəsində baş verən dəhşətli qəzanın təfərrüatı məlum olub.

Belə ki, hadisədə minik avtomobilinin sürücüsü Pərviz Hüseynov və sərnişinlər - Lalə Hüseynova, Mehriban Hüseynova, Xoşbəxt Hüseynova və Vasif İsayev dünyasını dəyişiblər.

Qəzada ölənlər yaxın qohumdurlar və onların arasında bəyin bacısı və yeznəsi də var.

"5 nəfərin hamısı qohumdur. Toy da təxirə salındı. Ölən şəxslərin yas mərasimləri keçirilir. Böyük faciədir", - ölən sürücünün dayısı Pərviz Hüseynov Baku TV-yə açıqlamasında deyib.

Ətraflı süjetdə:






Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar