Ru
14:27 / 30 Oktyabr 2026

Binəqədidə maşın vuran kişinin vəziyyəti ağırdır - YENİLƏNİB

Binəqədidə maşın vuran kişinin vəziyyəti ağırdır - YENİLƏNİB
Eye

Hadisə ilə bağlı TƏBİB-dən "Bakupost"un sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 06:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ərazisindən çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

"Təcili tibbi yardım briqadası tərəfindən 1980-ci il təvəllüdlü şəxs (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Qabırğaların çoxsaylı sınıqları diaqnozu təyin olunan şəxsə zəruri tibbi xidmətlər göstərilib.

Onun müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir",- deyə məlumatda qeyd olunub.

***
11:35
Bu gün səhər saatlarında paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində piyadanı avtomobil vurub.

"Bakupost"un əldə etdiyi məlumata görə, hadisə saat 07:00-da, ərazidə yerləşən yerüstü piyada keçidinin altında baş verib.

Hadisənin şahidinin sözlərinə görə, kişi işə tələsdiyi üçün yolu keçməyə çalışıb.

Qeyd edək ki, "Bakupost" bu ilin yanvar ayında sözügedən ərazidə yerləşən yerüstü piyada keçidinin eskalatorunun uzun illərdir işləməməsi ilə bağlı "İllərdir davam edən eskalator problemi: "Hamilə qadınlar əziyyət çəkir"" başlıqlı yazı dərc etmişdi.
Baş verən hadisə bir daha göstərir ki, ərazidə piyadaların təhlükəsizliyi ilə bağlı problemlər hələ də öz həllini tapmayıb. Görünən odur ki, aidiyyəti qurumlar uzun müddətdir mövcud olan bu problemin aradan qaldırılması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində lazımi tədbirləri görməyiblər.

Lalə Novruz, BakuPost


Şərhlər
  • Roma

    Orda işıqfor olmasa vəziyyət dahada pis olcaq.Ekskalatorlar işləmir

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar