Ru
21:07 / 27 Yanvar 2023

"Bu hadisənin baş verməsi gözlənilən idi" - Deputat Mahir Abbaszadə

"Bu hadisənin baş verməsi gözlənilən idi" - Deputat Mahir Abbaszadə
Eye

"Son zamanlar İranda anti-Azərbaycan kampaniyasının aparılması müşahidə edilirdi. Bütün bu hadisələrin fonunda belə bir hadisənin baş verməsi gözlənilən idi".

Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib.

O, ölkəmizin Tehrandakı səfirliyinə edilən terror hücumunu qətiyyətlə qınadığını və yolverilməz olduğunu qeyd edib:

"1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq, yerləşmə ölkəsi diplomatik nümayəndəliklərin mühafizəsini, onların əməkdaşlarının təhlükəsizliyini təmin etməyə borcludur. İran bu terroru araşdırmalı, xain hücumun arxasında olanların aşkar edilərək cəzalandırılması üçün tədbir görməlidir.

Terror hücumu nəticəsində şəhid olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin. Yaralılara Allahdan şəfa diləyirəm".

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar