Ru
17:04 / 27 May 2025

Bu, sillə deyildi, Bricit Makronun ağzını yumurdu - Psixoterapevt -VİDEO

Bu, sillə deyildi, Bricit Makronun ağzını yumurdu -  Psixoterapevt  -VİDEO
Eye

Həyat yoldaşı Bricitin Fransa prezidenti Emmanuel Makrona sillə vurması ilə bağlı insident onların dalaşdığına işarə ola bilər.

Bakupost.az xəbər verir ki, bu fikri "AİF"-ə müsahibəsində rusiyalı psixoterapevt Ruslan Pankratov bildirib.

Mütəxəssis vurğulayıb ki, Bricit Fransa liderinin ağzını yummaq istəyib:

“Burada söhbət sillədən getmir. Sillə ovucun içi ilə üzə möhkəm zərbədir. Amma həmin videoda hiss olunur ki, Bricit nədənsə narazıdır. O, əlini Makronun dodaqlarına qoyub onu geri itələyir. Makron ona nəsə deyib, yaxur irad tutub, görünür, Bricit hövsələsini basa bilməyib ”, – deyə Pankratov qeyd edib.

Həkim həmçinin əlavə edib ki, Fransa prezidentinin həyat yoldaşı təyyarədən enərkən onu maksimum şəkildə görməməzlikdən gəlib.


Aysel,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar