Ru
17:46 / 26 İyun 2025

Çağırışçıların nəzərinə! - Xidmət yerləri açıqlandı

Çağırışçıların nəzərinə! -  Xidmət yerləri açıqlandı
Eye

Azərbaycanda gələn ay müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı məlumatlandırılıblar.

Bakupost.az xəbər verir ki, çağırışçılar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytındakı müvafiq bölməyə daxil olaraq xidmət yerlərini öyrənə bilərlər.

Bundan əlavə, vətəndaşların mobil telefonlarından çağırışçıların şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə etmək mümkündür. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslər istifadə edə bilərlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar