Ru
18:56 / 26 İyun 2025

Raket zərbələri İsrailə milyardlarla zərər vurdu

Raket zərbələri İsrailə milyardlarla zərər vurdu
Eye

İranın İsrailə endirdiyi raket zərbələri ölkəyə təqribən 3 milyard dollar həcmində zərər vurub.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı İsrailin Maliyyə Nazirliyi və Vergi İdarəsinin apardığı hesablamalara istinadən “Bloomberg” agentliyi yayıb.

Agentlik yazır ki, bu məbləğə raket və yaxud zərərsizləşdirilən raket qalıqlarından zərər görmüş binaların bərpası, eləcə də yerli biznesə təzminatların ödənilməsi üzrə xərclər daxildir.

Vurğulanıb ki, buraya İranla 12 günlük münaqişə zamanı istifadə edilmiş silah-sursat ehtiyatının bərpa edilməsi üçün xərclər daxil deyil: “Bunlar da nəzərə alınsa, zərərin ümumi məbləği daha çox təşkil edəcək”.

Eyni zamanda, İsrailin maliyyə naziri Bezalel Smotriç zərərin ümumi məbləğinin 12 milyard dollara çata biləcəyini deyib.

Xatırladaq ki, iyunun 13-də İsrail və İran arasında başlayan hərbi münaqişə iyunun 24-də qarşılıqlı atəşkəslə başa çatıb. Münaqişə ərzində hər iki ölkədə raket zərbələri səbəbindən çox sayda dağıntı qeydə alınıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar