Ru
10:56 / 22 İyul 2024

Canlı yayımda 10 kq yemək yeyən bloger öldü - FOTO

Canlı yayımda 10 kq yemək yeyən bloger öldü -  FOTO
Eye

Məşhur fudbloger, artıq çəkili internet fenomeni Pan Sayotin canlı yayımdan sonra ölüb.


Bakupost.az xəbər verir ki, 24 yaşlı qız canlı efirdə 10 saat kiloqramla yemək yeyib, ekstremal təcrübələr edib, izləyici yığırdı.

Bu bazar o, canlı efirdə 10 kq-a qədər yemək yedikdən sonra qəfildən ağırlaşıb və xəstəxanaya yerləşdirilsə də xilas etmək mümkün olmayıb.

Meyitin yarılması zamanın onun qarnının, mədəsinin deformasiya olunduğunu və həzm olmamış qida ilə dolu olduğunu görüblər.

Syaotin ilk dəfə canlı yayınlarda blogerlərin çox yeməklə necə çox qazandığını dostundan eşidib.


Əvvəlcə bir qədər çox yemək yeməklə başlayan qız izləyiciləri artırmaq və TikTok-da hədiyyələr qazanmaq üçün mərcə girərək yemək payını daha da artırır, günün 6-8 saatını yayında olurdu.

Bir dəfə mədə qanaxması ilə xəstəxanaya yerləşdirilib, amma 3 gün sonra həkimlərin qadağasına baxmayaraq, yenə də hobbisinə davam edib.




Aygün Musayeva
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar