Ru
23:00 / 16 May 2022

Çimərkən ağlayan qızın qəribə xəstəliyi

Çimərkən ağlayan qızın qəribə xəstəliyi
Eye

15 yaşlı amerikalı Ebigeyl Bek bədənin suya qarşı normadan artıq həssaslığından əziyyət çəkir.

Bakupost.az xəbər verir ki, duş alarkən və çimərkən su ilə təmasdan qız ağlamağa başlayır.

“Mənim üzüm, bədənim sanki yanırmış kimi qızarır, gözlərimdən yaş axır”, - deyə tələbə qız bildirir.

O, nadir xəstəliklərdən olan akvagen dəmrov diaqnozu ilə müalicə olunur.

Qız hətta su içəndə də özünü pis hiss edir. Dərhal ürəyi bulanır, sinəsində ağrı yaranır.

2 ilə yaxındır ki, susayanda şirin kompot, şirələr içir.

“Axırıncı dəfə nə vaxt təmiz su içdiyim yadıma gəlmir”, - o deyir.

Ebigeyl dehidratasiyaya qarşı dərman içir, hər dəfə duşdan sonra antihistamin qəbul edir.

Həkimlər bildirir ki, bu xəstəlik hər 300 mində bir nəfərdə görülür.


Aygün Musayeva
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar