Ru
10:57 / 19 İyun 2025

Çindən gətirilən 50 minə yaxın preparat məhv edildi

Çindən gətirilən 50 minə yaxın preparat məhv edildi
Eye

Nəzarət tədbirləri çərçivəsində Çindən idxal edilən “Hebei Huabang Biotechnology Co.Ltd”nin istehsalı olan “Yeni Tetravit” əmtəə nişanlı baytarlıq preparatından nümunələr götürülərək müayinələrə cəlb edilib.

Bu barədə Bakupost.az -a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, sınaq nəticəsində məhsul partiyalarında Vitamin A, C, E göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunaraq 26 min 900 ədəd 100 ml-lik (suspenziya) və 20 min 400 ədəd 10 ml-lik (ampul) baytarlıq preparatı məhv edilib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar