Qax rayonunun Güllük kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Bakupost.az oxu.az-a istinadla xəbər verir ki, VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə "Hyundai", daha sonra isə "Honda" markalı avtomobilə çırpılıb.
Nəticədə VAZ-2106-nın sürücüsü, 44 yaşlı Eşqin İsmayılov, sərnişinləri 43 yaşlı Gülər İsmayılova, 20 yaşlı Qalib İsmayılov, eləcə də "Honda"da olan sərnişin, 30 yaşlı Ayşən Əliyeva xəsarət alıblar.
Hadisə anının görüntülərini təqdim edirik: