Ru
11:42 / 09 İyun 2025

Bu ölkələrin vətəndaşları ABŞ-yə gedə bilməyəcək – SİYAHI

Bu ölkələrin vətəndaşları ABŞ-yə gedə bilməyəcək – SİYAHI
Eye

ABŞ Prezidenti Donald Trampın 12 ölkənin vətəndaşlarının Birləşmiş Ştatlara girişini qadağan edən genişmiqyaslı yeni səyahət qadağası qüvvəyə minib.

Bakupost.az xəbər verir ki, Trampın ötən həftə imzaladığı sərəncama əsasən, Əfqanıstan, Myanma, Çad, Konqo, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının ABŞ-yə girişinə qadağa qoyulub.

Daha yeddi ölkənin – Burundi, Kuba, Laos, Syerra Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşları isə qismən səyahət məhdudiyyətləri ilə üzləşəcəklər.

ABŞ Prezidenti bildirib ki, əgər mühüm irəliləyişlər əldə olunarsa, siyahı yenidən nəzərdən keçirilə bilər. Həmçinin dünyada yaranan yeni təhdidlərə görə başqa ölkələr də bu siyahıya əlavə oluna bilər.

Bu, Trampın bəzi ölkələrə qarşı səyahət qadağası tətbiq etdiyi ikinci haldır. O, 2017-ci ildə də oxşar sərəncam imzalamışdı.

Ağ Ev bu qadağaların ABŞ vətəndaşlarını təhlükəli xarici şəxslərdən qorumaq məqsədi daşıdığını bildirib.

Aysel, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar