Ru
13:49 / 09 İyun 2025

Ermənistan sərhədlərin açılması üçün bütün ssenarilərə hazırdır - Akopyan

Ermənistan sərhədlərin açılması üçün bütün ssenarilərə hazırdır - Akopyan
Eye

Ermənistan Dövlət Gəlirlər Komitəsi (DGK) Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır.

Bakupost.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə DGK sədri Eduard Akopyan parlamentdə jurnalistlərə bildirib.

"Bizim vəzifəmiz istənilən ssenaridə gömrük nəzarətini təşkil etməkdir. Əgər biz blokadanın aradan qaldırılması və sərhədlərin açılmasından danışırıqsa, sadəcə buna hazır olmaq lazımdır. Biz hazırıq, çünki məsələn, müvafiq avadanlıq və mexanizmlərlə təchiz edilmiş "Marqara" məntəqəmiz var ki, bu da istənilən ssenariyə uyğunlaşmağa və gömrük nəzarətini həyata keçirməyə imkan verir", - o qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar