Yeni tədris ili başladı.
Təbii, təhsil sahəsi nəhəng sistem olduğu üçün bu sahədə hər il yeni və köhnə problemlərlə qarşılaşırıq. Bu problemlərdən biri də 9-cu siniflərin imtahanıdır.
Şagird, tələbə imtahan verməlidir, bəli. Ancaq bu məsələdə vəziyyət xeyli anormallaşıb.
Valideynlər şikayətlənirlər ki, məktəblərin göstəriciləri yaxşı olsun deyə, direktorlar şagirdləri repetitor yanına getməyə təşviq edirlər. Elə bir abı-hava yaradılır ki, sanki şagird 9-cu sinif imtahanında bir az zəif nəticə toplasa, tələbə ola bilməyəcək. Valideynlər də bu təşvişə qapılıb uşaqları müəllim yanına göndərirlər. Əksəri də pul verib məktəbdən sonra öz fənn müəllimlərinin yanına hazırlığa gedirlər. Yanına gələni öyrədib, məktəbdə dərs dediyini öyrətməyən müəllim mövzusu bir ayrı dərddir, 9-cu sinif imtahanı bir ayrı dərd...
Yəni, kənardan baxanda bu cani-dildən təşviqin kimlərə sərf etdiyi aydın görünür: Direktorun nəticələri yüksəlir, müəllimlərin yanına hazırlığa gələnlər çoxalır. Bəs şagirdlər nə qazanır?
Azerbaycan duzelmirki duzelmir.