Ru
20:04 / 06 Fevral 2025

Dövlət Agentliyi cərimə edilir

Dövlət Agentliyi cərimə edilir
Eye

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi inzibati məsuliyyətə cəlb edilib.

Bakupost.az -ın Qaynarinfo-ya istinadən məlumatına görə, qurum İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə ittiham edilir.

Bu maddə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi barədədir.

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 150, hüquqi şəxslərin isə 300 manat məbləğində cərimə edilir.

İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Fevralın 17-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçiriləcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 15 fevral 2016-cı il tarixində Nazirlər Kabineti yanında fəaliyyətə başlayıb. 24 noyabr 2016-cı il tarxidə isə qurum publik hüquqi şəxsə çevrilib.

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevdir.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar