Azərbaycanda ali təhsil müəssisələrinin sonuncu kurs tələbələri dövlət imtahanın ləğv edilməsini istəyir.
Bakupost.az xəbər verir ki, onlar bununla bağlı sosial şəbəkələrdə kampaniyalar keçirirlər.
Tələbələr bildirir ki, dərsləri 3 semestr distant, bir semestr hibrid formada keçmələrinə baxmayaraq, dövlət imtahanı verəcəklər.
Bəs bu, mümkündürmü? Sonuncu kurs tələbələrinə güzəşt edilə bilərmi?
Məsələ ilə bağlı Bakupost.az -a Milli Məclisin təhsil komitəsinin üzvü, millət vəkili Etibar Əliyev açıqlama verib.
Millət vəkili tələbələrin istəyini dəstəkləyib:
“Ali məktəblər dövlət imtahanını keçirməməklə bağlı qərar qəbul edə bilərlər.
İstər indi, istərsə də Sovet dövründə dövlət imtahanının keçirilməsi formal xarakter daşıyıb. Bu məsələdə tələbələrin tərəfindəyəm.
Əgər tələbə 240 kreditini toplayıbsa, ali təhsil haqqında bakalavr pilləsinin diplomu ona verilməlidir.
Uzun illər dövlət imtahanlarında çox neqativ hallara rast gəlinib, artıq öz əhəmiyyətini itirib. Dünyanın əksər ölkələrində öz ixtisası üzrə tələbəyə müəyyən iş verilir, 4-5 müəllim onu qiymətləndirir və bununla da bitir. İndiki şəraitdə dövlət imtahanları ləğv olunmalıdır. Tələbələrə əlavə maneə yaratmaq lazım deyil”.
Fəridə
Baku Post
Pandemiyadan bu qədər əziyyət çəkmiş tələbələrə dövlət imtahanı keçirmək ədalətsizlikdir.Diplom işinin mövzuları belə pandemiyada keçirilmiş fənlərdəndir nə dərəcədə düzgündür bu fənlərdən dövlət imtahanı diplom işi tələb edilir.
Azərbaycan universitetlərin və kolleclərinin dördüncü kurs tələbələri adından yazıb sizdən xahiş edirik ki, pandemiya və digər sadalayacığımız səbəblərə görə yekun attestasiyanın təyin olunması üçün keçirilən dövlət imtahnını ləğv edəsiniz. Online təhsil aldığımız ilk semestr yəni ikinci kursun ikinci semestrində dərslər qeyri-profesional şəkildə "WhatsApp" sosial şəbəkə platforması üzərindən aparıldı. Üçüncü kursu isə yenə də qeyri-profesional şəkildə "Microsoft Teams" proqramı vasitəsilə tədris həyata keçirildi. Həmçinin tədris prosesində tədris proqramlarını yaxşı mənimsəyə bilməyən müəllimlər də tədrisin təşkilindəki zəifliyə səbəbiyyət gətirdi. Əlavə olaraq üçüncü kursda "Vətən müharibəsi" səbəbi ilə bir ay müddətinə ölkə səviyyəsində internet resurslarının dayandırılması təhsilin təşkilini yavaşlatdı.Qısaca belə deyə bilərik ki, bakalavrlar üçün təyin olunmuş 7 semetrlik tədrisin ilk 2 semestri qeyri ixtisas fənnləri olub və bu fənnlər Dövlət imtahanına şamil olunmur. Digər 5 semestrin yalnız 1-ni əyani, 3-nü distant, 1-ni isə hibrid formada təhsil almışıq. Bunu da nəzərinizə çatdırmaq istərdik ki, ilk dəfə ÜOMG ilə diplom alan tələbələrdə sadəcə bir semestr distant olmuşdu , həmin semestr də praktika üçün ayrılmış semestr idi. Ondan sonrakı ilin sonuncu kurs tələbələri, hansı ki onlar da ÜOMG ilə diplomu aldılar. Onlar isə iki semestri distant formada keçmişdilər. Bütün bu arqumentləri nəzərə alsaq distant təhsildən ən çox əziyyət çəkən bizik və ÜOMG ilə diplom almaq daha çox bizim haqqımızdır. Əks halda bizdən Dövlət imtahanın götürüldüyü təqdirdə verilən bu qərarda qətiyyən ədalətdən söhbət gedə bilməz. Sizdən xahiş edirik ki, bu arqumentləri göz önündə saxlayaraq ədalətli qərar verilməsini təmin edəsiniz. @edugovaz @eminamrullayev
ÜOMG✅
Azərbaycan universitetlərin və kolleclərinin dördüncü kurs tələbələri adından yazıb sizdən xahiş edirik ki, pandemiya və digər sadalayacığımız səbəblərə görə yekun attestasiyanın təyin olunması üçün keçirilən dövlət imtahnını ləğv edəsiniz. Online təhsil aldığımız ilk semestr yəni ikinci kursun ikinci semestrində dərslər qeyri-profesional şəkildə "WhatsApp" sosial şəbəkə platforması üzərindən aparıldı. Üçüncü kursu isə yenə də qeyri-profesional şəkildə "Microsoft Teams" proqramı vasitəsilə tədris həyata keçirildi. Həmçinin tədris prosesində tədris proqramlarını yaxşı mənimsəyə bilməyən müəllimlər də tədrisin təşkilindəki zəifliyə səbəbiyyət gətirdi. Əlavə olaraq üçüncü kursda "Vətən müharibəsi" səbəbi ilə bir ay müddətinə ölkə səviyyəsində internet resurslarının dayandırılması təhsilin təşkilini yavaşlatdı.Qısaca belə deyə bilərik ki, bakalavrlar üçün təyin olunmuş 7 semetrlik tədrisin ilk 2 semestri qeyri ixtisas fənnləri olub və bu fənnlər Dövlət imtahanına şamil olunmur. Digər 5 semestrin yalnız 1-ni əyani, 3-nü distant, 1-ni isə hibrid formada təhsil almışıq. Bunu da nəzərinizə çatdırmaq istərdik ki, ilk dəfə ÜOMG ilə diplom alan tələbələrdə sadəcə bir semestr distant olmuşdu , həmin semestr də praktika üçün ayrılmış semestr idi. Ondan sonrakı ilin sonuncu kurs tələbələri, hansı ki onlar da ÜOMG ilə diplomu aldılar. Onlar isə iki semestri distant formada keçmişdilər. Bütün bu arqumentləri nəzərə alsaq distant təhsildən ən çox əziyyət çəkən bizik və ÜOMG ilə diplom almaq daha çox bizim haqqımızdır. Əks halda bizdən Dövlət imtahanın götürüldüyü təqdirdə verilən bu qərarda qətiyyən ədalətdən söhbət gedə bilməz. Sizdən xahiş edirik ki, bu arqumentləri göz önündə saxlayaraq ədalətli qərar verilməsini təmin edəsiniz. @eminamrullayev
#ÜOMG
Tamamilə doğrudur.Bu qədər haqsızlıq olmaz.Biz sonuncu kurs tələbələri olaraq Dövlət imtahanının ləğvini tələb edirik. Bizə bir cavab verilsin

Dövlət İmtahanı ləğv olmalıdır online keçilən fənndən nə anlamışıqki nədə imtahan verək.Ədalətli qərar gözləyirik.
Tamamilə doğrudur.Əgər hər hansı bir tələbə 8 smesterdə orta hesabla 50 imtahan veribsə deməli ona təzədən dövlət imtahanı təşkil etmək formalizmidən başqa bir şey deyil.