Ru
18:06 / 23 May 2025

Dünyada yen komputer virusu yayıldı – Bütün məlumatları ələ keçirir

Dünyada yen komputer virusu yayıldı –  Bütün məlumatları ələ keçirir
Eye

Lumma virusu dünyada 400 minə yaxın kompüteri yoluxdurub.

“Bakupost” xəbər verir ki, Microsoft-un Rəqəmsal Cinayətlə Mübarizə Bölməsi ABŞ hökuməti ilə birgə Avropa və Amerika qitəsində 394 min fərdi kompüterdə aşkarlanan “Lumma” zərərli proqram təminatının aradan qaldırılması üçün əməliyyat həyata keçirib.

Virus şəxsi məlumatları oğurlamaq qabiliyyətinə görə kibercinayətkarlar üçün fürsətdir: parollar, kredit kartı detalları və hətta kripto pul kisəsi kodlarını götürmək olur.

ABŞ məhkəməsinin qərarından sonra Microsoft komandası təxminən 2300 zərərli domeni - Lumma infrastrukturunun əsas hissəsini ələ keçirə, dayandıra və bloklaya bilib.

Lumma istifadəçilərin kompüterləri arasında asanlıqla yayılan, bəzi təhlükəsizlik tədbirlərindən yan keçmək üçün proqramlaşdırıla bilən və sistemlər üçün aşkarlanması olduqca çətin olan zərərli proqramdır. Buna görə də o, məlumat oğurluğu, müxtəlif maliyyə fırıldaqları üçün çox populyardır.

Aygün Musayeva,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar