Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:23 / 22 Noyabr 2024

Ehtiyac meyarının artması sosial yardım alanlara təsir edəcək? - Açıqlama

1586

“Azərbaycanda elə ailələr var ki, evdə aylıq gəliri 600 manatdır. Əgər ehtiyac meyarı prinsipi ilə yanaşsaq, dövlət həmin aləyə hər ay 750 manat kompensasiya ödəməlidir ki, ehtiyac meyarı ödənilsin. Bu axı realda belə deyil. Dövlət heç ünvanlı dövlət sosial yardımı ehtiyac meyarını əsas tutaraq vermir”.

Bunu Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli bildirib.



Onun sözlərinə görə, aylıq gəliri rəsmi şəkildə 600 manat olan 5 nəfərlik ailə ünvanlı dövlət sosial yardımı üçün müraciət edəndə, ona qarşı çoxsaylı tələblər irəli sürülür. Adında köhnə, işləməyən avtomobili varsa, ünvanlı sosial yardım təyin olunmur. Bu zaman dövlət nəzərə almır ki, bu ailənin aylıq gəliri ehtiyac meyarından aşağıdır:

“Ünvanlı dövlət yardımın verilməsində ehtiyac meyarını əsas tutan ölkələr var ki, vətəndaşın aylıq gəliri həmin məbləğdən aşağıdırsa, ona yardım formasında hər ay kompensasiya ödənilir. Azərbaycanda isə ünvanlı dövlət sosial yardımı üçün müraciət edən vətəndaşın aylıq gəlirinin ehtiyac meyarından nə qədər az olduğuna ən sonda baxılır. İlk olaraq ailənin evinə baxılır, yaşadığı şərait qiymətləndiirilir və s. Ona görə də ehtiyac meyarının gələn ildən artmasının ünvanlı dövlət sosial yardımı alanlara elə ciddi təsir edəcəyi gözlənilmir".

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar