Ru
13:42 / 21 Yanvar 2023

Əmək pensiyaları ARTIRILIR

Əmək pensiyaları ARTIRILIR
Eye

Əmək pensiyasının minimum məbləğinin artırılmasına dair qanun layihəsi Milli Məclisə daxil olub.

Bakupost.az xəbər verir ki, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılır.

Qanun qəbul ediləcəyi təqdirdə 1 fevral 2023-cü ildən qüvvəyə minəcək.

Qanun layihəsi yanvarın 23-də parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə ediləcək. Eyni zamanda fevralın 1-də Milli Məclisin yaz sessiyası çərçivəsində keçiriləcək ilk iclasının gündəliyində yer alacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli sərəncama əsasən, Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılmışdı.

Şərhlər
  • t.ədalət

    Deyək ki,bu "artım"ı verdik sərnişin nəqliyyatının yeni qiymətinə.Bəs,gün-gündən ağırlaşan ərzaq və kommunal xərclərin pulunu pensiyaçılar haradan tapacaq?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar