Ru
19:43 / 24 İyun 2025

Əmrullayev: Onlara müəllim demək ədalətsizlikdir

Əmrullayev: Onlara müəllim demək ədalətsizlikdir
Eye

Məktəblərdə müəllimin borcu oxumayan uşaqlarla işləməkdir.

Bakupost.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev VIII ADA Beynəlxalq Təhsil Konfransında deyib.

Onun sözlərinə görə, sertifikasiya imtahanı ona görə tətbiq edilib ki, daha yaxşı müəllimlər seçilə bilsin:

"Müəllim olmaq çox çətin peşədir. Bu ixtisası insan özü seçir. Uşaqlarla, valideynlərlə işləmək heç də asan deyil. 30 sualdan 30-a da doğru cavab verən müəllim ilə 10 suala doğru cavab verən şəxsə "müəllim" demək ədalətsizlikdir".

E.Əmrullayev bildirib ki, son 3 ildə 8 000-dən çox müəllimin əmək müqaviləsinə xitam verilib.

Nazir həmçinin qeyd edib ki, bu gün Azərbaycan təhsil sistemində tədqiqat olduqca azdır:

“Bu sahədə geri qalırıq”.

Şərhlər
  • Alik

    Bu nazirin ədalətsizliyinə dünya birliyi hələdə susur

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar