Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçını qəbul edib.
Bakupost.az xəbər verir ki, görüşdə İsrail və İran arasında münaqişə, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident regionun yeni müharibəyə tab gətirməyəcəyini vurğulayaraq, İsrailin hücumlarını dərhal dayandırmalı olduğunu vurğulayıb. O, həmçinin bəyan edib ki, nüvə mübahisələrinin həllinə gedən yol danışıqlardan keçir.
Ərdoğan Türkiyənin vasitəçi rolunu oynamağa hazır olduğunu bildirib və diplomatiyanın İranla ABŞ arasında texniki və liderlər səviyyəsində danışıqlardan başlamalı olduğunu vurğulayıb. O əlavə edib ki, Türkiyə bu prosesdə dəstəyini davam etdirəcək.