Ru
19:58 / 30 May 2024

“Ətin qiyməti bayramdan sonra da aşağı düşməyəcək” - Ekspert

3573
“Azərbaycanda ət satışı sahəsində böyük istehlakçı aldadılması var. Sovet vaxtı ət hissələrə bölünürdü və ayrı-ayrı hissələr müxtəlif qiymətlərə satılırdı. Lakin bizdə yuvarlaq bir rəqəm götürüblər və bununla da istehlakçı aldadılması baş verir. Əgər bu vəziyyəti Avropa və digər ölkələrlə müqayisə etsək, görəcəyik ki, bizim ölkəmizdə ətin qiyməti heç də o ölkələrdəkindən ucuz deyil”.



Bunu Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Ekspert ətin bahalaşmasına səbəb kimi insanların heyvandarlıq sahəsindən uzaqlaşmasını göstərib:

“Lakin Azərbaycandakı ət keyfiyyətcə əlbəttə ki, üstündür. Başqa ölkələrdə ət mağazaya uzun bir zəncirlə gəlib çıxır. Amma bizdə çox asanlıqla əlyetərlilik olur. Qiymət isə heç də ucuz deyil. Təəssüf ki, Azərbaycanda bir dəfə qalxan qiymət bir daha enmir. Qurban bayramı ərəfəsində ətin qiyməti qalxır və belə də davam edir. Bunun isə çoxsaylı səbəbləri var. Bəzi səbəbləri hamı bilir, artıq hamıya deyilib. Ciddi səbəblərdən biri heyvan örüşlərinin pambığa və digər bitkilərə verilməsi, icra başçılarının təzyiqi altında insanların heyvan saxlamaqdan uzaqlaşması, heyvan yeminin həddən artıq bahalaşması, su resurslarının əlçatanlığının azaldılmasıdır. Çünki su resursları böyük fermer təsərrüfatlarında birləşib. İnsanların su resurslarına əlçatanlığı aşağıdır. Fərdi təsərrüfatlarda heyvanların saxlanmasında problemlər var. Get-gedə ümumiyyətlə, heyvandarlıq sahəsi təmərküzləşir, ayrı-ayrı qrupların əlində birləşir və bu da qiymətlərin sövdələşmələrlə təyin olunmasına səbəb olur. Əlbəttə, fərdi təsərrüfatlar hələ də var və bunlar qiymətin aşağı düşməsinə çox kömək edə bilər. Lakin bazarın üçüncü subyekti meydana çıxıb. Bunlar da alverçilərdir. Onların əli olmadan heç bir qəssaba heyan satmaq mümkün olmur. Onlar bütün heyvan bazarını zəbt ediblər və qəssablar da məcbur olub onlarla işləyir. Bu kimi amillər ətin qiymətinin daim bahalaşan tendensiya ilə davam etdiyini göstərir. Güman etmirəm ki, ətin qiyməti Qurban bayramından sonra aşağı düşəcək”.
Qeyd edək ki, Azərbaycanda heyvan bazarında qiymətlər artıb. Xüsusilə də xırdabuynuzlu heyvanların qiymətində artım müşahidə olunur. Bunun Qurban bayramı ilə əlaqəli olduğu deyilir.

Xatırladaq ki, iyunun 16 və 17-də Azərbaycanda Qurban bayramıdır.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
  • Kamal Əliyev

    Soruşmaq ayıb olmasın dövlət hara baxır? Meyvə tərəvəz bahalaşır Meyvəli bazarı və aradakı dəllallar edir deyirsiniz. Ət bahalaşır min dənə arqument gətirirsiniz. Bu ölkənin Nazirlər Kabineti var, Baş Naziri var, hüquq mühafizə orqanları var, niyə bir tədbir görmürlər? Bu millət nə vaxta qədər bu alverçilər, dəllal məmurların ehtiraslarına, pul hərisliyinə qurban veriləcək. Nazirlər Kabineti yatıb fil qulağında, bu ölkənin kənd təsərrüfatının inkişaf konsepsiyası varmı, kim eşidib bu barədə? Heç kim.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər