Məsələ ilə bağlı Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Bakupost.az –a açıqlama verib.
O, hələlik belə bir qərar vermədiyini bildirib:
“Böyük Quruluş Partiyası olaraq birmənalı şəkildə seçkilərdə fəal iştirak etməyi düşünürük. Ona görə də partiyanın rəhbər orqanları yaxın günlərdə toplanacaq, orada müzakirə olunacaq və qəti qərar qəbul edəcəyik. Konkret olaraq, namizədlik məsələsi də müzakirə olunacaq. Məqsədəuyğun olsa, bu məsələ həllini tapacaq. Amma hələ ki, belə bir qərarımız yoxdur. Ümumiyyətlə, siyasi proseslərin ən aktiv fazasından heç zaman kənarda qalmağı düşünmürük. Həmişə iştirak etməyi məqsədəuyğun hesab edirik. İclasdan sonra yekun qərarımız cəmiyyətə açıqlanacaq”.
Aygün
BakuPost
Vallah, bu partiyalarin fealiyyetinden kiminse xeberi nin olduguna inanmiram; Musavat ve Xalq Cebhesinden bashqa hansisa partiyanin oldugu hiss olunmur; yaxshi- pis herne olsada onlardi.